Zərərçəkənlər yumurta yediklərini deyiblər
Bakıdakı "Meyvəli" bazarda kütləvi zəhərlənmə qeydə alınıb. Səhiyyə Nazirliyinin məlumatına görə, bazara ilk təcili yardım çağırışı saat 10.14-də olub.
Həkimlər bazarda çalışan bir nəfəri zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) çatdırıblar. Saat 10:52-də isə ikinci təcili yardım çağırışı olub və daha 3 nəfərin halının pisləşdiyi bildirilib.
Təcili Tibbi Yardım briqadası həmin 3 nəfəri də Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə aparıb.
Həmin şəxslər yumurta yedikdən sonra özlərini pis hiss etdiklərini deyiblər. Hazırda onların vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.
“Meyvəli” bazar əsasən topdansatış bazarı kimi tanınır. Vergilər Nazirliyinin hazırkı reyestr məlumatlarına görə, “Meyvəli” MMC 2008-ci ilin, mayın 6-da təsis olunub. Təsisçiləri Qocayev Əbülfət Novruz oğlu və Şirinova Lətafət Kamran qızıdır. Lətafət Şirinova keçmiş daxili işlər naziri
Ramil Usubov
un həyat yoldaşıdır.