Meyiti tapılan şəxsin neftçi olduğu təsdiqləndi

Vidadi Cümşüd oğlu Qurbanovun cəsədi ailəsinə təhvil veriləcək

Source:


Vidadi Cümşüd oğlu Qurbanovun cəsədi ailəsinə təhvil veriləcək

Balıqçıların dənizin “Pirsaat” burnu hissəsində sahildən 1 mil aralı məsafədə tapdığı cəsəd itkin düşmüş neftçilərdən birinə məxsusdur. Bu barədə məlumatı “Azneft” İstehsalat Birliyində yaradılmış Qərargah təsdiqləyib. Məlumatda bildirilir ki, fevralın 17-də saat 17:20 radələrində tapılan meyitin “Azneft” İB-nin N.Nərimanov adına Neft-Qazçıxarma İdarəsinin 1 saylı neft qaz çıxartma sahəsinin əmtəə operatoru vəzifəsində çalışmış 1957-ci il təvəllüdlü Qurbanov Vidadi Cümşüd oğlu olduğu rəsmən təsdiq edilib.

Mərhumun meyiti ailəsinə təhvil veriləcək.

Dekabrın 15-nə keçən gecə “Azneft” İB-nin strukturuna daxil olan N.Nərimanov adına NQÇİ-nin 1-ci mədənindəki təzə estakadada neftçilərin dincəldiyi köşk dənizə düşüb. SOCAR-ın yaydığı məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.

Ana səhifəXəbərlərMeyiti tapılan şəxsin neftçi olduğu təsdiqləndi