Meyiti tapılan neftçi iş yoldaşını xilas edibmiş…

Sahib Şahmarovun nəşi artıq ölkəyə gətirilib

Source:
Sahib Güloğlan oğlu Şahmarov
Sahib Güloğlan oğlu Şahmarov
Sahib Güloğlan oğlu Şahmarov
Sahib Güloğlan oğlu Şahmarov


Sahib Şahmarovun nəşi artıq ölkəyə gətirilib

Yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektorunda “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçi Sahib Güloğlan oğlu Şahmarovun meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, cəsədin gətirilməsi üçün Türkmənistana yola düşmüş “BE-200ÇS” amfibiya tipli təyyarə gecə saatlarında geri qayıdıb. Neftçi  Sahib Güloğlan oğlu Şahmarovun nəşi Vətənə gətirilib və aidiyyəti üzrə təhvil verilib.

Sahib Şahmarovun iş yoldaşının Femida.az-a verdiyi məlumata görə, 43 yaşlı Sahib Şahmarov yanğın zamanı ona atılan xilasetmə kəndirini iş yoldaşı Rəhmana ötürüb. Rəhman sağ qalsa da, Sahib Şahmarov ölümün yaxasından qurtula bilməyib.

Sahib Şahmarov Qarabağ müharibəsi başlayanda könüllü cəbhəyə yollanıb. Ağdam, Şuşa, Laçın, Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Qızğın döyüşlərin birində güllə yarası alıb; ayağını dəlib keçən qəlpə dizində böyük deşik yaradıb. Buna bamayaraq, qısa müddətli müalicədən sonra yenidən ön cəbhəyə yollanıb. Döyüşdə göstərdiyi şücaətə görə müxtəlif mükafatlara layiq görülüb.

Onun 11 yaşlı Məhəmməd adlı oğlu və 10 yaşlı Məsumə adlı qızı var.

Ana səhifəXəbərlərMeyiti tapılan neftçi iş yoldaşını xilas edibmiş…