Meyiti tapılan əsgərlərə görə iki hərbçi həbs edilib

Foto: Meydan.TV

Onlar cinayəti törətməkdə təqsirli biliniblər

Azərbaycan ordusunun hərbi qulluqçuları Fərid Məmmədov və Firdovsi Abdullayevin itkin düşməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə Hərbi Prokurorluğun ictimaiyyətlə əlaqələr şəbəsinin müdiri Firad Əliyev Meydan TV-yə açıqlama verib.

Onun sözlərinə görə, hadisə ilə bağlı Azərbaycan ortdusunun iki hərbçisi – Təbriz Babayev və Taleh Həməşəyev həbs edilib:

“Təbriz Babayevə Cinayət Məcəlləsinin 329.2.1-ci, 329.2.2-ci, 329.2.6-cı və 341.3-cü maddələri ilə, Taleh Həməşəyevə isə Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə cinayət işi açılıb. Hazırda iş baxılması üçün Füzuli hərbi məhkəməsinə göndərilib”.

Foto: Firad Əliyevin şəxsi arxivindən

“Fərid Məmmədov və Firdovsi Abdullayevin 3 mart 2022-ci il tarixdə Laçın rayonu ərazisində itkin düşmələri ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində istintaqı aparılıb. Cinayət işi üzrə “Füzuli Hərbi Məhkəməsinin 22.09.2023-cü il tarixli hökmü ilə Təbriz Babayev və Taleh Həməşəyev nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək müxtəlif müddətlərdə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər”, – deyə Firad Əliyev bildirib.

Azərbaycan ordusunun əsgərləri Fərid Məmmədov və Firdovsi Abdullayev 2022-ci ilin martın 3-də Laçın rayonu ərazisində itkin düşmüşdülər.

Bir müddət sonra onların meyitləri tapılmışdı.

Ana səhifəXəbərlərMeyiti tapılan əsgərlərə görə iki hərbçi həbs edilib