“Meydan TV-nin Azərbaycanda ofisi və rəsmi əməkdaşları yoxdur”

“Meydan TV və müstəqil jurnalistlərin fəaliyyətinə qarşı növbəti siyasi əməliyyat həyata keçirilir”

Source:


“Meydan TV və müstəqil jurnalistlərin fəaliyyətinə qarşı növbəti siyasi əməliyyat həyata keçirilir”

Son günlər Azərbaycanda fəaliyyət göstərən müstəqil jurnalistləri Respublika Prokurorluğunun Ağır Cinayərlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırıb Meydan TV-nin əməkdaşı kimi dindirməyə çalışırlar. Onlara adı açıqlanmayan hansısa cinayət işi üzrə Meydan TV-nin fəaliyyəti ilə bağlı müxtəlif səpkili suallar verilir, hədə-qorxu gəlinir. Anlaşılan odur ki, Meydan TV və müstəqil jurnalistlərin fəaliyyətinə qarşı növbəti siyasi əməliyyat həyata keçirilir. Bunun nə ilə nəticələnəcəyini indidən deyə bilmərik. Amma məlumdur ki, məqsəd azad sözü boğmaq, alternativ fikir yayan Meydan TV-ni susdurmaqdır.

Bu fikirlər Meydan TV-nin direktoru Emin Millinin yaydığı bəyanatda qeyd olunur.

“Meydan TV-nin direktoru olaraq bəyan edirəm ki, hələ 2014-cü ilin sonunda Meydan TV-nin Bakı ofisi bağlanıb. Onun Azərbaycanda ofisi və rəsmi əməkdaşları yoxdur. Meydan TV müstəqil jurnalistlərin və yazarların müxtəlif kontentli materiallarına yer ayırır. Bir daha bəyan edirəm ki, biz yenə də könüllülərlə ştatdankənar əməkdaşlığa hazırıq və bu şəkildə işimizi davam etdirəcəyik”,-deyə bəyanatda bildirilir.

Bəyanatda aşağıdakı fikirlərlə yekunlaşır: “Bir televiziya kanalı olaraq 2016-cı ildən yayımlanmağı nəzərdə tutduğumuzdan həmin zamandan etibarən Azərbaycanda qeydiyyatdan keçməyi və işə rəsmi əməkdaşları cəlb etməyi planlaşdırırıq. Hazırda isə jurnalist və yazarların heç biri bizimlə rəsmi əməkdaşlıq etmir. Ona görə də müstəqil jurnalistlərin Meydan TV-nin fəaliyyəti ilə bağlı dindirilməsini növbəti dəfə söz azadlığına basqı kimi dəyərləndiririk”.

Ana səhifəXəbərlər“Meydan TV-nin Azərbaycanda ofisi və rəsmi əməkdaşları yoxdur”