Meydan TV ilə əməkdaşlıq etmiş daha 4 nəfərin sərhəd qadağası götürüldü

E.Əhmədov əlavə edib ki, bu həftə ərzində qadağası olan digər jurnalistlər də idarəyə dəvət ediləcək və onlara da eyni prosedur tətbiq olunacaq

Source: meydan tv


Jurnalistlərdən İzolda Ağayeva, Səlimə Cəlilova, Natiq Cavadlı və yazıçı Rasim Qaraca istintaq idarəsində olublar

Mayın 6-da Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Eldar Əhmədov Meydan TV ilə əməkdaşlıq etdiyinə görə ölkədən çıxışına qadağa qoyulan 4 nəfəri qəbul edib.

Jurnalistlərdən İzolda Ağayeva, Səlimə Cəlilova, Natiq Cavadlı və yazıçı Rasim Qaracaya mayın 6-dan etibarən ölkədən çıxışa qoyulan qadağalarının götürüldüyü bildirilib.

E.Əhmədov əlavə edib ki, bu həftə ərzində qadağası olan digər jurnalistlər də idarəyə dəvət ediləcək və onlara da eyni prosedur tətbiq olunacaq.

2015-ci ildə Meydan TV-nin məsul şəxslərinə qarşı açılan cinayət işindən sonra bu media qurumu ilə əməkdaşlıq edən bir qrup jurnalistin ölkədən çıxışına qadağa qoyulmuşdu. Bu illərdə 10-dan çox jurnalist vaxtaşırı Baş Prokurorluğa dindirməyə çağırılır, burada onlardan Meydan TV-nin maliyyələşmə mənbəyini açıqlamaları tələb olunurdu.


Mayın 3-də

jurnalistlər Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin qarşısında aksiya keçiriblər. Onları idarənin rəisi Eldar Əhmədiov qəbul edib və jurnalistlərin qadağasının götürülməsi istiqamətində prosesin başlandığını, yaxın zamanlarda davam edəcəyini deyib.

Bir çox beynəlxalq təşkilat Meydan TV ilə əməkdaşlıq etmiş jurnalistlərin hüquqlarının pozulmasına görə hakimiyyəti kəskin tənqid ediblər.

Ana səhifəXəbərlərMeydan TV ilə əməkdaşlıq etmiş daha 4 nəfərin sərhəd qadağası götürüldü