Meydan TV ilə əməkdaşlıq edən reportyorun evində axtarış aparılıb

“Polisə müqavimət adı ilə saxlanılan gəncə görə başqasının evində niyə axtarış aparılsın?”

Source:


“Polisə müqavimət adı ilə saxlanılan gəncə görə başqasının evində niyə axtarış aparılsın?”

Sentyabrın 18-də hüquq-mühafizə orqanlarının əməkdaşları Meydan TV ilə əməkdaşlıq edən reportyor Cavid Abdullayevin kirayə qaldığı mənzildə axtarış aparıb. Polislər mənzildən 1 stolüstü kompüter, 2 kamera, 1 noutbuk götürüblər.

Olayı şərh edən Şirin Abbasovun vəkili Elçin Sadıqov bildirib ki, həmin mənzil müdafiə etdiyi şəxsin evi deyil və o, İnzibati Xətalar Məcəlləsinə görə cəzalandırılıb: “Polisə müqavimət adı ilə saxlanılan gəncə görə başqasının evində niyə axtarış aparılsın və jurnalistlərin ləvazimatları götürülsün? Bu, müvafiq qanunvericiliyə ziddir. Çünki İnzibati Xətalar Məcəlləsinə görə məınzildə axtarış aparılmır”.

Ana səhifəXəbərlərMeydan TV ilə əməkdaşlıq edən reportyorun evində axtarış aparılıb