Meydan TV ilə əməkdaşlıq edən daha üç qadın jurnalist saxlanıldı (YENİLƏNİR)

Onlar hava limanı polisinə təhvil verilirlər

Source:

04:12 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilən jurnalistlər səhər saat 9-da dindiriləcəklər. Bu barədə idarənin qarşısına toplaşan jurnalistlərə növbətçi hissədən məlumat verilib. Bildirilib ki, hazırda idarədə müstəntiq olmadığından jurnalistlər səhər saat 9-da dindiriləcəklər.

***

02:50 Hava limanında saxlanılan jurnalistlər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılırlar. Hazırda Meydan TV ilə əməkdaşlıq edən Şirin Abbasov da 30 sutka azadlıqdan məhrum edilərək, həmin idarədə saxlanılır.

***

Meydan TV ilə əməkdaşlıq edən daha üç qadın jurnalist sentyabrın 20-nə keçən gecə saat 1 radələrində Binə hava limanında saxlanılıblar. Ukraynadan təlimdən qayıdan jurnalistlər – Sevinc Vaqifqızı, Aytən Fərhadova və İzolda Ağayevaya bildirilib ki, onların adı sistemdə bloklanıb. Bu barədə Meydan TV-yə jurnalistlərin özləri məlumat verib. Jurnalistlərlə bağlı 1137, 1138 və 1139 saylı akt tərtib edilib. Onlar hazırda Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilmək üçün aparılırlar.

Ana səhifəXəbərlərMeydan TV ilə əməkdaşlıq edən daha üç qadın jurnalist saxlanıldı (YENİLƏNİR)