Meydan Tv ilə bağlı dindirmələr davam edir(VİDEO)

Sentyabrın 8-də müstəqil jurnalist Aytac Tapdıq  Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağrılıb. Jurnalist bildirib ki, prokurorluğa  müstəntiq Əli Babayev tərəfindən dəvət olunsa da, onu Ramiz Alıverdiyev dindirib. Daha öncə dindirilən jurnalistlərin bildirdiyi  kimi, Aytac Tapdıq da  qeyd edib ki, prokurorluğa “Mingəçevir hadisələri” ilə bağlı çağrılsa da, ona əsasən, Meydan Tv haqda suallar verilib.

Ana səhifəVideoMeydan Tv ilə bağlı dindirmələr davam edir(VİDEO)