Meydan TV əməkdaşları yenidən ”Bandotdel”ə çağırıldı (yenilənib)


Bu dəqiqələrdə Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılan hər üç xanım sərbəst buraxılıb. Onlardan Sevinc Vaqifqızı bildirib ki, idarəyə çağırılmaqlarının məqsədi mətbuata verdikləri müsahibələr olub.

Meydan TV ilə əməkdaşlıq edən xanım jurnalistlər yenidən istintaqa çağırılıb. Məlumatı Meydan TV-yə Aytən Fərhadova verib.

Jurnalist bildirib ki, Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq bölməsinin rəis müavini, sentyabrın 19-da onları dindirmiş Murad Quliyev Sevinc Vaqifqızına zəng edərək, yenidən ifadə verməyə çağırıb.

“Ancaq həmkarım Sevinc Vaqifqızı iş vaxtının bitməsi səbəbindən gələ bilməyəcəyini söyləyib. Həm də sentyabrın 18-dən 19-na keçən gecə biz tamamilə oyaq qalmışdıq deyə hələ də yorğunuq. Bu da səbəblərdən biri olub. Amma bu gün hər üçümüz idarədə olacağıq”, – deyə xanım Fərhadova bildirib.

Ana səhifəVideoMeydan TV əməkdaşları yenidən ”Bandotdel”ə çağırıldı (yenilənib)