Meydan Tv əməkdaşları ”Bandotdel”ə gətirilib

Meydan TV ilə əməkdaşlıq edən üç qadın jurnalist  – Aytən Fərhadova, Sevinc Vaqifqızı və İzolda Ağayeva sentyabrın 20-nə keçən gecə saat 1 radələrində Binə hava limanında saxlanılıblar. Ukraynadan təlimdən qayıdan jurnalistlərə bildirilib ki, onların adı sistemdə bloklanıb və ölkədən çıxışlarına qadağa qoyulub. Bundan sonra onlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıblar. Sevinc Vaqifqızı jurnalistlərə açıqlamasında “çox güman ki, Meydan TV ilə əməkdaşlığımıza görə saxlanılmışıq” – deyib.

Ana səhifəVideoMeydan Tv əməkdaşları ”Bandotdel”ə gətirilib