Meydan+ / Məmməd İbrahim kimdir? (VİDEO)

Oktyabrın 3-də AXCP sədrinin müşaviri Məmməd İbrahimə qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb və 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Məmməd İbrahimin vəkilinin sözlərinə görə, 221.1 maddəsi ilə heç kim barəsində istintaq dövründə həbs- qətimkan qərarı seçilmir.

Məmməd İbrahim 1966-cı ilin 24 noyabrında anadan olub. 1985-ci ildə Maliyyə-İqtisad Texnikumunu bitirib. 1989-cu ildə AXCP yaranandan partiyanın üzvüdür. 2012-ci ildən AXCP sədrinin müşaviridir.

AXCP və Milli Şuranın əksər mitinqlərinin təşkilatçısı olub. Xüsusən “Talana Son” və Cəmil Həsənlinin prezident seçkisi ərəfəsində keçirilən mitinqlərin təşkilatçısı olub. Məmməd İbrahim dəfələrlə xəbərdarlıq və 7 sutkalıq həbs cəzası alıb.

Ana səhifəVideoMeydan+ / Məmməd İbrahim kimdir? (VİDEO)