“MeyArt” bu sayında 80-ci illərin coşğusu ilə Sumqayıtda yaranan Azərbaycanın əfsanəvi rock qrupu “Yuxu”nun üzvü ilə söhbətləşib. Zərb alətləri ifaçısı Çingiz Eyvazov Xəzərin sahilindən İstanbulun yeraltı dünyasına kimi uzanan yuxusundan döymə sənətinə oyanıb. Musiqisi ilə insanlarda iz buraxan Eyvazov azı 20 ildir bu işi tatu ilə davam etdirir. Keçmiş rokçu ilə “Yuxu”nu xatırlayırıq.
“Focus” jurnalı sonuncu dəfə 2013-ci ildə nəşr olunmuşdu. Kinosevərlərin jurnalı uzun fasilədən sonra yenidən meydandadır. Özü də yeni nəşrin ilk sayı Cəfər Cabbarlının “Hara gedir Azərkino?” sualı ilə başlayır. “MeyArt”ın növbəti süjeti bu barədədir.
Bu il 94-cü dəfə sahiblərinə çatacaq “Oskar” mükafalarının namizədləri açıqlanıb. Martın 27-də Los Anglesdə baş tutacaq “Oskar” mərasiminin 3 illik aradan sonra geniş tamaşaçı kütləsi keçirilməsi gözlənilir. Mükafata “The Power of The Dog 12”, “Dune” filmi isə 10 nominasiya üzrə namizəd göstərilib. Həmçinin ekrana çıxdığı vaxtdan müzakirələrə səbəb olan “Dont look up” filmi də 4 nominasiyada yarışacaq. Növbəti süjetimiz bu haqdadır.