“Metropark” Ticarət Mərkəzində kütləvi zəhərlənmə (yenilənib)

Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər görülür

Source:


12.01. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, aprelin 12-də “Metropark” ticarət mərkəzində baş vermiş kütləvi zəhərlənmə faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər görülür

Aprelin 12-də “Metropark” ticarət mərkəzində baş verən kütləvi zəhərlənmə ilə əlaqədar hadisə yerinə 16 təcili tibbi yardım briqadası və insanları daşımaq üçün bir neçə kütləvi xüsusi təcili yardım maşını göndərilib. Hadisə yerində 30-a yaxın şəxsə ilkin tibbi yardım göstərilib, 15 nəfər isə hospitallaşdırılıb.

 Səhiyyə Nazirliyindən APA-ya bildiriblər ki, artıq xəstəxanaya yerləşdirilmiş bütün şəxslər evə buraxılıblar.

 Baş verən kütləvi zəhərlənmə ilə əlaqədar Kliniki Tibbi Mərkəzə (KTM) 27 zərərçəkən gətirilib. KTM-in Toksikologiya şöbəsinin müdiri, respublikanın baş toksikoloqu Azər Maqsudov bildirib ki, xəstələrin vəziyyəti orta ağır olub: “Zərərçəkənlərin hamısı müayinə olunaraq tibbi yardım göstərilib. Onlarıт hamısı artıq evlərinə buraxılıb.

“Onlar başgicəllənməsi və ürək bulanmasından şikayətlənirlər. Vəziyyətləri orta ağırdır. İlkin məlumata görə, zəhərlənmə qaz sızmasından baş verib. Lakin dəqiq səbəblər araşdırılır. Zəhərlənənlər arasında ticarət mərkəzinin işçiləri və ticarət mərkəzinə gələn vətəndaşlar var”, – deyə baş toksikoloq qeyd edib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov

APA

-ya bildirib ki, hazırda Nərimanov Rayon Prokurorluğu, Rayon Polis İdarəsi, Fövqəladə Hallar və Səhiyyə nazirliklərinin aidiyyəti qurumlarının iştirakı ilə hadisə yerinə baxış keçirilir. Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər görülür.

E.Sultanov nəticə barədə ictimaiyyətə məlumat veriləcəyini söyləyib.

Ana səhifəXəbərlər“Metropark” Ticarət Mərkəzində kütləvi zəhərlənmə (yenilənib)