Metroda tüstülənmə olub, sərnişinlər 21 dəqiqə gözləyiblər

Hadisə “Koroğlu” stansiyasında baş verib

Source:


Hadisə “Koroğlu” stansiyasında baş verib

Mayın 16-da səhər saatlarında Bakı metrosunda fövqəladə hadisə baş verib.

Sərnişinlərin verdiyi məlumata görə, Həzi Aslanov-Dərnəgül xətti ilə hərəkətdə olan qatarlardan birində yanğın baş verib. Hadisə “Koroğlu” stansiyasında qeydə alınıb. Sərnişinlər təxliyə olunub. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

“Bakı Metopoliteni”nin mətbuat xidmətindən isə APA-ya bildirilib ki, səhər saat 08.09-da 38 saylı marşrutla hərəkət edən qatar “Koroğlu” stansiyasında platformada olarkən 4-cü vaqonunda tüstülənmə olub.

Sərnişinlər dərhal təxliyə olunub. Xətlər gərginlikdən ayrılıb. Qatara baxış keçirilib, tüstülənmənin qarşısı alınıb. Bu müddət ərzində stansiyaya sərnişinlərin girişinə məhdudiyyət qoyulub, qatarların hərəkəti dayandırılıb.

Daha sonra qatar baxış üçün depoya göndərilib. 08.30-da bütün qatarların hərəkəti bərpa olunub.

Qatarların hərəkətində yaranmış fasilə 21 dəqiqə davam edib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Ana səhifəXəbərlərMetroda tüstülənmə olub, sərnişinlər 21 dəqiqə gözləyiblər