Metroda intihara cəhd olub

54 yaşlı Aciyə Əmirova özünü qatarın altına atmaq istəyib.

Source: Foto: report.az


Şəxsin intihara cəhdinin motivləri məlum deyil

Bakıda mayın 31-də saat 9 radələrində metronun “28 may” stansiyasında intihara cəhd hadisəsi baş verib.

54 yaşlı Aciyə Əmirova özünü qatarın altına atmaq istəyib.

Bu barədə “Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədov “Report”a danışıb.

“Hadisə qatarların hərəkətində 10 dəqiqəlik dayanmaya səbəb olub və bu vəziyyət saat 09:45-ə qədər davam edib. Hazırda metroda heç bir problem yoxdur və qatarlar normal hərəkət edir”.

Bununla belə qadının intihara cəhdinin qarşısının necə alınması və intihara cəhdin motivləri barədə məlumat verilməyib.

Ana səhifəXəbərlərMetroda intihara cəhd olub