Metro stansiyasının keçidinə su sızıb

”Ərazidə quyular yerləşir ki, həmin quyulara stansiya ərazisindəki suları yığaraq “Azərsu” ASC-nin kollektorlarına vururuq”

Source:


”Ərazidə quyular yerləşir ki, həmin quyulara stansiya ərazisindəki suları yığaraq “Azərsu” ASC-nin kollektorlarına vururuq”

Bakı Metropoliteni “Avtovağzal” stansiyasının keçidlərindən birinə su sızıb.

“Report” xəbər verir ki, sızıntıya səbəb ərazidə yerləşən su quyularıdır.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev sızma faktını təsdiqləyib və tezliklə problemin aradan qaldırılacağını deyib.

“Bu nə boru partlaması, nə də kanalizasiya sularıdır. Ərazidə quyular yerləşir ki, həmin quyulara stansiya ərazisindəki suları yığaraq “Azərsu” ASC-nin kollektorlarına vururuq. Bu, məhz həmin quyulardan birindən sızan sudur. Böyük axıntı yoxdur. Tunelə sızma və yuxarıdan axma kimi heç bir qorxulu hal yoxdur. Artıq əməkdaşlarımız oradadır və tezliklə problem aradan qaldırılacaq”, – deyə Metropoliten rəsmisi qeyd edib.

Ana səhifəXəbərlərMetro stansiyasının keçidinə su sızıb