“Mətbuat Şurası PA-dan göstəriş aldıqdan sonra işləyir” (VİDEO)

Avqustun 10-da Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi 2 gün öncə döyülən və bunun nəticəsində dünyasını dəyişən jurnalist Rasim Əliyevlə bağlı tədbir keçirib. Çıxış edən Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bildirib ki, o, 1 saylı Şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişən Rasim Əliyevin ölümü ilə bağlı bəyanat hazırlayıb.

Onun söylədiyinə görə, jurnalistin ölümcül hala salınması mövcud hökumətin azad mətbuata olan münasibətinin nəticəsidir. O, jurnalistin ölümünü pisləyən prezident İlham Əliyevin və Mətbuat Şurasının Rasim Əliyevin dəfninə nümayəndə göndərməməsinin səbəbini soruşub.  O, Mətbuat Şurasının Prezident Adminstrasiyasının (PA) tapşırığı ilə işlədiyini deyib.

 Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva deyib ki, bu gün Azərbaycandakı vətəndaş cəmiyyəti pərəm-pərəm düşüb.

Sonda jurnalistlər Əvəz Zeynallı və Aynur İmraonova təklif ediblər ki, vətəndaş cəmiyyəti daha sıx görüşməli və mətbuatın mövcud durumunu müzakirə etməlidir.

Ana səhifəVideo“Mətbuat Şurası PA-dan göstəriş aldıqdan sonra işləyir” (VİDEO)