Mətanət Əzizovanın oğlunun kömpyuteri aparılıb

Mərkəz sədri mayın 12-də Bakıya qayıdacaq

Source:


Mərkəz sədri mayın 12-də Bakıya qayıdacaq

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın mənzilində axtarış martın 6-da axşam başa çatıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları mənzildən üç kompyuter, o cümlədən M.Əzizovanın yetkinlik yaşına çatmayan oğlunun  kompyuterini, fleş-kartları, mənzilin mülk kağızını, bank sənədləri və vizit kartlarını götürüblər.

Meydan TV-yə vəkil Samirə Ağayeva deyib.

Hazırda Mətanət Əzizovanın xaricdə konfransda olduğu bildirilir. Konfrans mayın 12-də başa çatacaq. Bu barədə Turan-a M.Əzizovanın həyat yoldaşı Eldar Əzizov məlumat verib.

Ana səhifəXəbərlərMətanət Əzizovanın oğlunun kömpyuteri aparılıb