Messi: Mənim üçün Argentina yığmasında hər şey bitdi

”Bu qərarım hər kəs üçün yaxşı olacaq”

Source:
Lionel Messi
Lionel Messi
Lionel Messi
Lionel Messi


”Bu qərarım hər kəs üçün yaxşı olacaq”

Lionel Messi Argentina yığmasındakı karyerasını bitirmək haqda qərar qəbul edib.

Komanda.az xəbər verir ki, bu barədə “Barsa”nın lideri Amerika kubokunda Çili ilə keçirilən final oyunundan sonra məlumat verib. O, bundan sonra böyük ağrılar çəkmək istəmədiyini bildirib:

“İndi analiz üçün çox ağır məqamdı. Ağlıma gələn ilk versiya isə yığma karyeramı bitirməkdi, bəli, mənim üçün yığmada hər şey bitdi. Argentina yığmasındakı çıxış sona çatdı. Bu qərarım hər kəs üçün yaxşı olacaq. Çünki bunu çoxları istəyir. Onları finalda oynamaq qane etmir. Elə bizi də. Çox təəssüf ki, qalib gələ bilmədik. Hesab edirəm ki, artıq bəsdi. Daha böyük ağrılar çəkmək istəmirəm”.

Bundan əvvəlki finalda da Argentina və Çili yığmaları qarşılaşmış, Çili 1-0 qalib gələrək kuboka sahib olmuşdu.

Ana səhifəXəbərlərMessi: Mənim üçün Argentina yığmasında hər şey bitdi