Məşhur şahmatçılar Azərbaycanda

Vüqar Həşimovun xatirəsinə şahmat turniri keçirilir

Source: Meydan TV


Vüqar Həşimovun xatirəsinə şahmat turniri keçirilir

Tanınmış şahmatçı, mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” superturniri başlayıb.

Altıncı dəfə təşkil olunan turnirdə Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov iştirak edir. Dünya çempionu norveçli Maqnus Karlsen də turnirin iştirakçıları sırasındadır. Rusiya təmsilçiləri Aleksandr Qrişuk və Sergey Karyakin, Çexiya təmsilçisi David Navara, Hollandiyanı təmsil edən Aniş Giri, Bolqarıstan təmsilçisi Veselin Topalov, Çin təmsilçisi Dinq Liren və Hindistanın əfsanəsi sayılan Vişvanatan Anand turnirin iştirakçıları sırasındadır.

SOCAR, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “Synergy Group”un tərəfdaşlığı ilə keçirilən XXII kateqoriyalı Vüqar Həşimov memorialında bu dəfə də FIDE reytinqində ən yüksək yerlərdə qərarlaşan 10 güclü qrossmeyster mübarizə aparır. Superturnirin reytinq favoriti norveçli hazırkı dünya çempionu Maqnus Karlsendir. O, FIDE-nin reytinq cədvəlində 2845 xalla birinci pillədə qərarlaşıb.

İsveçrə sistemi üzrə keçirilən doqquz turdan ibarət “Shamkir Chess 2019” turnirinə aprelin 9-da yekun vurulacaq.

Bir müddət öncə sosial şəbəkələrdə sponsor problemindən şikayət edən Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov martın 31-də, tədbirin ilk günü keçirilən konfransda artıq sponsorunun olduğunu vurğulayıb.

“shamkirchess.com”-un məlumatına görə, 2014-cü, 2015-ci və 2018-ci illərdə yarışın qalibi Maqnus Karlsen olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov superturnirin qalibi seçilib.

Karlsen
Karlsen
Oyun zamanı
Oyun zamanı
Şahmatçı
Şahmatçı
Oyun
Oyun
Turnir
Turnir
Teymur Rəcəbov
Teymur Rəcəbov
Şahmatçı
Şahmatçı
Şahmatçı
Şahmatçı
Ana səhifəXəbərlərMəşhur şahmatçılar Azərbaycanda