Məşhur pilot Bakıdakı ”Formula 1” trassından narazı qaldı

”Sözün açığı, mən bilmirəm nə deyim. Bu, sadəcə yeni bir trassdır. Orada bir dar və enli küçə var. Başqa mən heç nə deyə bilmərəm”

Source:
Lyus Hemilton
Lyus Hemilton
Lyus Hemilton
Lyus Hemilton


”Sözün açığı, mən bilmirəm nə deyim. Bu, sadəcə yeni bir trassdır. Orada bir dar və enli küçə var. Başqa mən heç nə deyə bilmərəm”

“Mersedes” komandasının ulduz pilotu Lyus Hemilton Bakıdakı trassdan narazı qalıb.

ANS PRESS

-in məlumatına görə, pilot Bakı səfərindən öncə simulyatorda test edərək təəsüratlarını bildirib.

“Sözün açığı, mən bilmirəm nə deyim. Bu, sadəcə yeni bir trassdır. Orada bir dar və enli küçə var. Başqa mən heç nə deyə bilmərəm”.

Məşhur pilot Monakonu nümünə gətirib: “Monako əsl şəhər trasıdır. Amma buna oxşar daha etmirlər. Mən dəqiq səbəbini bilmirəm ki, əvvəlki kimi şəhər trassı etsinlər. Anlamıram. Bəzi yerlərdə orada çox enlidir. Sanki biz avtobandayıq. Buna baxmayaraq, güman edirəm ki, biz orada yaxşı əylənərik. Deyirlər, Bakıda yaxşı hava olacaq. İlk döngə maraqlı alınacağını düşünürəm”.

Bakıda keçiriləcək Formula 1 Avropa Qran Pri yarışının rəsmi elçisi Fernando Alonsodur. 17-19 iyun tarixlərində Bakıda keçiriləcək yarışda dünyanın ən güclü pilotları qalib adı uğrunda mübarizə aparacaqlar. Yarış 20 müxtəlif çətinlikli döngə və 6 km-lik uzunluğu olan 51 dövrədə tamamlanacaq.

Ana səhifəXəbərlərMəşhur pilot Bakıdakı ”Formula 1” trassından narazı qaldı