Əlil kürsüsündə həyatını keçirən alim 76 yaşında dünyasını dəyişib
Məhşur İngilis kosmoloqu və nəzəriyyəçi- fiziki Stiven Hoking 76 yaşında vəfat edib.
Professor Hoking qara dəliklər və nisbiliklə əlaqəli işlərilə
tanınırdı
.
“Sevdiyimiz atamız bu gün vəfat etdiyinə görə dərindən kədərlənirik”, onun övladları deyib.
“O, böyük alim və işi və irsi çox illər yaşayacaq qeyri-adi bir insan idi”.
Uşaqları onun “cəsarətini və əzmini” tərifləyib və deyiblər ki, onun “şəfəqi və mizahı” dünyadakı insanları ilhamlandırıb.
Stiven Hoking 1942-ci il yanvarın 8-də İngiltərinin Oxford şəhərində anadan olub. Onun valideynləri müharibə zamanı həmin şəhərə Londondan köçüblər.
Hoking 1962-ci ildə Oxford universitetinin fizika fakültəsini bitirib. Sonradan Kembric universitetində doktorluq dərəcəsini alıb.
22 yaşında olarkən yan amiotrofik skleroz xəstəliyi diaqnozu qoyulub. Mərkəzi əsəb sisteminin xəstəliyi gələcək alimin tam iflicinə səbəb olub və o, təkərli əlil kürsüsündən istifafə etməyə başlayıb. 1985-ci ildə Hoking ciyərlərinin soyuqdəyməsi nəticəsində danışıq qabiliyyətini tam itirib və xüsusi səs sintezatoru vasitəsilə danışmağa başlayıb.
Hokingi dünyada 1988-ci ildə “Zamanın qısa tarixi” kitabı dərc edildikdən sonra məşhurlaşıb. Müəllifi olduğu kitab 10 milyon tirajla dərc edilib və dünyanın bir çox dillərinə tərcümə edilib.
Hoking iki dəfə evli olub. 1965-ci ildə Kembric universitetinin linqvistika fakültəsinin tələbəsi olan Ceyn Uayldla 20 il evlilik həyatından sonra, onlar 1995-ci ildə ayrılıblar. Onların 2 oğlu Robert (1967), Timoti (1979) və qızları Lüsi (1970) olub.
İkinci dəfə Hoking 1995-ci ildə, ona qulluq edən dayə Elayn Meyson ilə evlənib. Onların evliliyi 2006-cı ilə qədər davam edib.