“Məsələni bağlamaq üçün oğlumu günahkar bilirlər” (VİDEO)

Xədicət Güləliyeva fevralın 7-də Dövlət Neft Şirkətinə məxsus Əli Əmirov adına NQÇİ-də iş vaxtı qəzada həyatını itirən Yunus Güləliyevin anasıdır. Baş vermiş hadisə ilə bağlı fevralın 9-da SOCAR-ın rəsmi saytında bu açıqlama yayınlandı:

”Fevralın 7-də Ə.Əmirov adına NQÇİ-nin Elektrik avadanlıqlarının təmiri sexinin 5-ci dərəcəli elektrik montyoru, 1974-cü il təvəllüdlü Yunus Güləli oğlu Güləliyev növbədə olarkən, həmin gün iş növbəsində olmayan elektrik montyoru Rafiq Əhmədovun xahişi ilə şəxsi məqsədləri üçün yaxınlıqdakı “Qaradağ Maşınqayırma Zavodu” ASC-nin həyətində yerləşən və Ə.Əmirov adına NQÇİ-yə heç bir aidiyyəti olmayan 6 kV-luq yarımstansiya ayırıcını açmaq istəyərkən, gərginlik altına düşmüş və saat 15:20 radələrində onun meyiti paylayıcı qurğuda aşkar edilmişdir”.

Oğlunun harada öldüyünü bilməyən və hadisədən yalnız 2 saat sonra, onun cəsədinin yuyulmaq üçün məsciddə olduğu zaman xəbər tutan ana deyir ki, SOCAR hadisənin günahını mərhumun üzərinə yıxmağa çalışır:

Ananın yeganə istəyi istintaqın düzgün araşdırılması və hadisənin günahkarının oğlunun olmadığının sübuta yetirilməsidir.

Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı hesab edir ki, işçinin iş vaxtı icazəsiz başqa əraziyə çıxması mümkün deyil:

Mirvari Qəhrəmanlının sözlərinə görə, anoloji hadisələrdə heç vaxt rəhbərlik cəzalandırılmır:

Əli Əmirov adına NQÇİ-nin kameraya danışmaq istəməyən rəisi Ramin Quliyev Meydan Tv-yə deyib ki, hadisə ilə bağlı rəsmi açıqlamanı SOCAR verib. Digər məlumatlar, ananın suallarına isə istintaqın yekunundan sonra cavab tapılacaq. Təzminat məsələsinə gəlincə, rəis bildirib ki, qanunda nəzərdə tutulan qaydada işçinin ailəsinə təzminat ödəniləcək.

Hadisəni araşdıran Qaradağ Rayon Prokurorluğundan bildiriblər ki, istintaqla bağlı Bakı Şəhər Prokurorluğu açıqlama verə bilər. Bakı şəhər Prokurorluğundan isə Meydan Tv-yə bildirlib:

“Fevralın 7-də Lök-batan qəsəbəsində yerləşən SOCAR-ın Ə.Əmirov adına NQÇİ-də elektrik vəzifəsində işləmiş Yunus Güləliyevin 6 saylı elektrik paylayıcı qurğuda elektrik cərəyanı vurma əlamətləri ilə meyidinin aşkar eilməsi faktına görə, Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məhkəmə təhlükəsilik texnikası ekspertizası təyin edilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir”.

Ana səhifəVideo“Məsələni bağlamaq üçün oğlumu günahkar bilirlər” (VİDEO)