Meşəçilərə ağır xəsarət yetirənlər saxlanılıb

Lənkəranın Gəgiran kənd sakinləri İdris Novruzov və onun oğlanları Adil Novruzov və Rövşən Novruzov Lerik rayon polis əməkdaşları tərəfindən saxlanılıb

Source:
Eyvaz Babayev
Eyvaz Babayev


Lənkəranın Gəgiran kənd sakinləri İdris Novruzov və onun oğlanları Adil Novruzov və Rövşən Novruzov Lerik rayon polis əməkdaşları tərəfindən saxlanılıb

İyulun 1-də gecə saat 2-də

Lerik

Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kürdəsər meşəbəyliyinin 9 saylı dolayının direktoru Eyvaz Babayevi və meşə gözətçisi Adıgözəl Cavadovu döyənlər tutulub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, Lənkəranın Gəgiran kənd sakinləri İdris Novruzov və onun oğlanları Adil Novruzov və Rövşən Novruzov Lerik rayon polis əməkdaşları tərəfindən saxlanılıb.

Report.az onların barəsində həbs qətimkan tədbirinin seçildiyini yazıb.

İyulun 1-i gecə saat 2-də Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kürdəsər meşəbəyliyinin 9 saylı dolayının meşə gözətçisi müəssisənin direktoruna zəng edərək bir neçə şəxsin “QAZ 66” markalı avtomaşınla meşə ərazisinə daxil olduğunu deyib.

Dərhal müəssisənin direktoru, meşəbəyi və digər işçilər Lerik rayonunun Kirkan kəndi ərazisində Kürdəsər meşəbəyliyinin 9 saylı dolayına yollanıb və 14 nəfərdən ibarət dəstənin motomişarla ağacları kəsdiyinin şahidi olublar.

Nazirlik sözçüsü deyir ki, meşə mühafizəçiləri qanunvericiliyə uyğun olaraq həmin şəxslərdən qırıntının dərhal dayandırılmasını tələb etdikdə dəstə üzvləri onlara hücum edib, əllərindəki küt alətlərlə Eyvaz Babayevə və Adıgözəl Cavadova ağır bədən xəsarətləri yetiriblər.

“Nəticədə meşə gözətçisi başından ağır zərbə alıb, direktorun qolu iki yerdən sınıb. Xəsarət alanlar digər meşə işçiləri tərəfindən xəstəxanaya çatdırılıb. Gözətçinin başına bir neçə yerdən tikiş qoyulub, direktorun qolu gipsə salınıb” – məlumatda deyilir.

Məlumatda o da bildirilir ki, meşə işçilərinə xəsarət yetirənlərin hamısı Lənkəran rayonunun köhnə Kirgan kəndinin sakinləridir.

“Bu şəxslər dəfələrlə qəsdən ETSN-yə meşə işçilərindən şikayət edərək onları şantajla təzyiq altında saxlamaq və bununla meşədə öz qanunsuz qırıntılarına göz yumulmasına şərait yaradılmasına nail olmaq istəyiblər.

Meşələrin mühafizəsi zamanı meşə işçiləri ayrı-ayrı şəxslərin ciddi müqavimətləri ilə tez-tez üzləşirlər” – nazirliyin əməkdaşı vurğulayıb.

Ana səhifəXəbərlərMeşəçilərə ağır xəsarət yetirənlər saxlanılıb