Meşə yanğınları ilə bağlı bir neçə şübhəli şəxs müəyyən edilib

Son günlər meşə yanğınlarının baş verməsinin əsas səbəbi insan faktorudur.

Mənbə: Ekologiya və Təbii Sərvətlər Nazirliyi


“Sənədlər hüquq-mühafizə orqanlarına göndərilib”

Ekologiya və Təbii Sərvətlər Nazirliyi son günlər baş verən meşə yanğınları ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunduğunu bildirib.


APA

-nın məlumatına görə, nazirliyin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov bildirib ki, yanğınlarla əlaqədar bir neçə şübhəli şəxs müəyyən olunub və onlarla bağlı sənədlər artıq toplanaraq, hüquq-mühafizə orqanlarına göndərilib.

Onun sözlərinə görə, hazırda araşdırmalar həm Ekologiya və Təbii Sərvətlər, həm Fövqəladə Hallar nazirlikləri, həm də polis tərəfindən davam etdirilir:

“Son günlər meşə yanğınlarının baş verməsinin əsas səbəbi insan faktorudur. Havaların isti keçməsi ilə əlaqədar insanların meşə sahələrinə axını çoxalıb, eyni zamanda odla ehtiyatsız davranma halları da artıb. Belə faktlar da var ki, şəxs taxıl sahəsini yandırıb və nəticədə yanğın meşə sahəsinə keçib”.


Meşə yanğınları

Qəbələ və Oğuz rayonlarında qeydə alınıb.

Ana səhifəXəbərlərMeşə yanğınları ilə bağlı bir neçə şübhəli şəxs müəyyən edilib