Məscidin sökülməsi dindarları ayağa qaldırdı

Bakı səhəri dindarların etirazı ilə açıb. “Sovetski” deyilən ərazidə ötən əsrin əvvəllərində tikilən “Hacı Cavad” məscidi söküntü planına düşüb.  12 apreldə məscidi sökməyə gələnlər dindarların etirazı ilə qarşılaşıb. Sakinlər 7 nəfərin saxlandığını daha sonra azad olunduqlarını deyib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə mətbuata bildirib ki, o məscidlərin yerini belə tanımır. Sovetskidə söküntüsü nəzərdə tutulan məscidlər Qafqaz Müsəlmanları İdarəsində qeydiyyatdan keçməyib. Şeyx bildirib ki, o məscidlərin söküntüsünün tərəfdarı deyil və fikrini aidiyyəti qurumlara da çatdırıb.

Hadisə yerinə gələn Yasamal rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev məscidin sökülməyəcəyini bildirib.

Mədəniyyət və Turizm Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Vüqar Şıxməmmədov bildirib ki, “Hacı Cavad” məscidi 2016-cı ildə tarixi abidələr siyahısından çıxarılıb. Mütəxəsislər həmin ünvanda məscidə baxış keçirib, onun dayanıqlığını araşdırıb və həmin il məscid qorunan abidədlər siyahısından çıxarılıb.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev məscidin söküntüsünün müvəqqəti dayandırıldığını açıqlayıb.

 “Sovetski”-də ümumilikdə 171 tarixi abidə var ki, onlardan 76-sı Nazirlər Kabinetinin qərarı ilə siyahıdan çıxarılıb. 11 apreldə gecə saatlarında Sovetskidə 1902-ci ildə inşa edilmiş “Hacı Əbdürrəhim bəy Qulubəyov” məscidi  sökülüb.

Ana səhifəVideoMəscidin sökülməsi dindarları ayağa qaldırdı