Məscidə sığınan ailə

62 yaşlı ana və 25 yaşlı qızı - Bağırovlar özlərinə sığınacaq axtarırlar... Axşama doğru getdikcə evləri daha da soyuyur deyə, qala bilmirlər. Evə girər-girməz rütubət qoxusu hiss edilir. Xalidə Bağırova 11 aylığından qızının qolunu masaj edir.

Qızı Məryəm Bağırovanın körpəlikdən qıcolması var.

İmkansızlıqdan onun müalicəsi yarım qalıb.

25 il öncə həyat yoldaşını itirəndən həyatından problemlər əskik olmayıb.

Xalidə Bağırovanın 25-26 yaşlarında olan iki övladı xəstəlikdən əziyyət çəkir.

Məryəmin günü yatağında ya pişiyi ilə oynamaqla, ya da televizora baxmaqla keçir.

Oğlu infarkt keçirəndən sonra işləyə bilmir.

Xalidə Bağırova vaxtilə 14 il Şüşə Zavodunda işlədiyi üçün 147 manat pensiya alır. Bu da evə gələn yeganə gəlirdir.

Ailə sosial yardım almaq üçün dövlətə üz tutsa da, cavab verilməyib. Ona yardım düşürsə də, bunu necə edəcəyini bilmir.

Yağan yağış çox keçmir ki, bu soyuq evə qonaq olur.

Yağış və soyuq evə dolduqda, Bağırovlar evi tərk edir və yaxınlıqdakı məscidə sığınır. Deyir ki, tək ümid yeri də elə bu məsciddir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/828xk2

Ən çox baxılan