Məscid söküntüsü zamanı saxlanan gənclərdən xəbər yoxdur

”Onları dünən gecə ”Hacı Cavad” məscidindən aparıblar”

Source:
Tural Babayev və Ravin Aslanov
Tural Babayev və Ravin Aslanov


”Onları dünən gecə ”Hacı Cavad” məscidindən aparıblar”

İyunun 30-da “Sovetski”də yerləşən “Hacı Cavad” məscidinin

söküntüsü

nə etiraz edən gənc fəallar Tural Babayev və Ravin Aslanovun polis tərəfindən saxlanıldığı bildirilir.

Meydan TV-yə bu barədə onların yaxınları məlumat verib. Bildiriblər ki, yaxınlarından dünəndən bəri xəbər ala bilməyiblər:

“Harada olduqlarını, başlarına nə gəldiyini bilmirik. Onları dünən gecə “Hacı Cavad” məscidindən aparıblar. Hara apardıqları məlum deyil”.

Bu il aprelin 12-si Bakının Yasamal rayonu ərazisindəki “Hacı Cavad” məscidini sökmək istəmişdilər.

Lakin məscidin önünə toplaşan sakinlər buna etiraz etmişdi.

Ölkə başçısı İlham Əliyev aprelin 13-də məscidin söküntüsünün dayandırılması, məsələnin hərtərəfli araşdırılması və binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq vermişdi. Sonradan icma rəhbərliyi ilə Komitə arasında razılıq əldə edildiyi bildirilirdi. Həmin razılığa görə, bu məscid sökülməli, Yasamal rayonu ərazisində yeni məscid tikilməli idi.

İyunun 30-da məscid ağır texnikanın köməyilə, sakinlərin etirazlarına məhəl qoyulmadan söküldü.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Hacı Cavad” məscidinin sökülməsi ilə bağlı ölkə başçısı İlham Əliyevin münasibətini açıqlayıb.

Əli Həsənov məscidin sökülməsində iyulun 1-də vəzifəsindən azad olunan icra başçısı

İbrahim Mehdiyevi

günahlandırıb:

“Hələ aprel ayında prezident İlham Əliyev “Sovetski” adlanan ərazidə “Hacı Cavad” məscidinin sökülməsini dayandırıb, məsələnin hərtərəfli və obyektiv araşdırılması üçün müvafiq komissiyanın yaradılması barədə göstəriş verib. Komissiya məsələni öyrəndikdən sonra belə qənaətə gəlib ki, həmin məscidin sökülməsi qaçılmazdır və nəticə barədə dövlət başçısına məruzə olunub. Komissiyanın qənaətinə uyğun olaraq, prezident İlham Əliyev yerli icmanın da rəyi nəzərə alınmaqla, yeni məscidin tikilməsi və yalnız bundan sonra “Hacı Cavad” məscidinin sökülməsi məsələsinə baxılması barədə qərar verib”.

Ə.Həsənov bildirib ki, prezidentin tapşırığına uyğun olaraq Yasamal rayonu Şərifzadə küçəsində daha geniş, gözəl və müasir məscidin tikilməsi üçün yer və vəsait ayrılıb, müvafiq tikinti işlərinə başlanıb:

“Lakin bəzi vəzifəli şəxslər cənab prezidentin tapşırığının əksinə olaraq, yeni məscid binasının tikintisi başa çatmamış “Hacı Cavad” məscidinin sökülməsi barədə özbaşına qərar qəbul ediblər. Prezident İlham Əliyev məsələ barədə məlumat aldıqdan dərhal sonra həmin vəzifəli şəxslərin ciddi şəkildə cəzalandırılması barədə göstəriş verib”.

Ana səhifəXəbərlərMəscid söküntüsü zamanı saxlanan gənclərdən xəbər yoxdur