Mərkəzi Seçki Komissiyası növbədənkənar prezident seçkilərini təyin etdi

MSK üzvləri seçkinin keçirilməsinə səs veriblər

Source:
Seçki
Seçki


MSK üzvləri seçkinin keçirilməsinə səs veriblər

Mərkəzi Seçki Komissiyası fevralın 6-da iclas keçirərək, aprelin 11-ə Azərbaycanda növbədənkənar prezident seçkilərini təyin edib.

İclasda çıxış edən MSK sədri Məzahir Pənahov bəyan edib ki, prezidentin növbədənkənar prezident seçkiləri elan etmək səlahiyyəti var.

MSK üzvləri səs verərək, seçkilərin keçirilməsini təsdiq ediblər.

Bundan başqa iclasda növbədənkənar prezident seçkilərinə hazırlıqla bağlı digər məsələlər müzakirə edilib.

Fevraın 5-də prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla Mərkəzi Seçki Komissiyasına (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırığı verilib.

Ana səhifəXəbərlərMərkəzi Seçki Komissiyası növbədənkənar prezident seçkilərini təyin etdi