2014-cü ilin iyulundan 2015-ci ilin mayına qədər Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 15 mlrd. 193 mln. dollardan 8 mlrd. 387 mln. dollara kimi azalıb
AMB-nin saytındakı məlumata görə, bir ildir ki, ehtiyatların azalması davam edir.
Lakin ən kəskin azalma cari ilin ilk dörd ayı ərzində baş verib: 13 mlrd. 758 mln. dollardan 4 mırd. 292 mln. dollara qədər (39%-dən çox).
2014-cü ilin ikinci yarısında ehtiyatlar stabil olaraq hər ay təxminən 1 mlrd. azalıb. 2015-ci ilin aprelində azalma 1 mlrd. 84 mln. təşkil edib.
Xatırladaq ki, fevralda AMB-nin rəhbəri bildirib ki, manatın məzənnəsi dünya valyutalarına nisbətdə tədricən azalacaq. Bu, əhali arasında ajiotaj yaradıb və dollar alışına səbəb olub. Dövlət başçısının bildirdiyinə görə, bir neçə gün ərzində əhali bir neçə mlrd. dollar alıb. Buna cavab olaraq hakimiyyət milli valyutanın devalvasiyanı həyata keçirib, bir sutka ərzində manat 34% ucuşlaşıb. (“Turan”)