“Mərkəzi Bankın sözlərinə artıq çoxu inanmır”

Əkrəm Həsənov: “Yaxın aylarda devalvasiyanın olmayacağına yalnız bir halda inanmaq olar; Mərkəzi Bank banklara xaricdən aldıqları dollar kreditlərini bağlamaq üçün manat krediti versin”

Source:

 Əkrəm Həsənov: “Yaxın aylarda devalvasiyanın olmayacağına yalnız bir halda inanmaq olar; Mərkəzi Bank banklara xaricdən aldıqları dollar kreditlərini bağlamaq üçün manat krediti versin”

“Mərkəzi Bank əhalini sakitləşdirir ki, devalvasiya olmayacaq. Bu məqsədlə son günlər hətta dolları cüzi ucuzlaşdırır da”.

Bu fikirləri hüquqşünas, bank üzrə ekspert Əkrəm Həsənov öz Facebook səhifəsində yazıb. Onun fikrincə, əslində, yaxın aylarda devalvasiyanın olmayacağına yalnız bir halda inanmaq olar: “Mərkəzi Bank banklara xaricdən aldıqları dollar kreditlərini bağlamaq üçün manat krediti versin. Amma bu şərtlə ki, banklar əhalinin dollar kreditlərini dərhal manata çevirəcəklər. Banklar da öz növbəsində həmin kredit hesabına Mərkəzi Bankdan dollar alıb xarici borclarını bağlasınlar.

Mərkəzi Bank bunu etsə, hamı inanar. Nəticədə Mərkəzi Bank valyuta ehtiyatlarının bir qismini də itirəcək, amma milli valyutaya etimad bərpa olunacaq, əhali dollar kreditləri əsarətindən qurtulacaq, banklar rahat nəfəs alacaq, bank sisteminin fəaliyyəti sabitləşəcək. Məgər Mərkəzi Bankın məramı elə bu olmalı deyilmi?!

Yoxsa boş-boş danışmaqdan bir şey çıxmaz. Mərkəzi Bankın sözlərinə artıq çoxları inanmır. İş görmək lazımdır, iş…”

“Qazaxıstanın əhalisi üçün etdiyi fonunda təklifim elə də ağır yük deyil Mərkəzi Bank üçün. Amma əgər bunu da edə bilmirsə, onda, deməli, vəziyyət çox pisdir və dedikləri qara qəpiyə də dəyməz” – deyə ekspert fikrini yekunlaşdırıb.

“Nikoil” Bankın Reklam və PR Departamentinin rəisi Rüstəm Babazadənin  mediaya ünvanladığı açıqlamaya görə, sözügedən bank birbaşa Rusiya ilə əlaqədə deyil: ““Nikoil” Bankın hər üç səhmdarı Azərbaycan Respublikasının hüquqi şəxsləridirlər və dividendləri Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq ödəyirlər. “Nikoyl” Bankın Rusiya ilə birbaşa bağlılığı yoxdur və münasibətlər yalnız işgüzar əlaqələr səviyyəsindədir”.

Ana səhifəXəbərlər“Mərkəzi Bankın sözlərinə artıq çoxu inanmır”