Mərkəzi bankın rəhbəri və 2 nazir məhkəməyə çağrılıb

Azərbaycan rəsmilərinin adı rüşvət qalmaqalında hallandırılır

Source:

Ötən ilin sonunda Azərbaycanın da adının hallandığı bir beynəlxalq qalmaqal üzrə məhkəmə prosesi müvəqqəti olaraq dayandırılıb.  Məhkəmə prosesi Avstriyada, Vyana məhkəməsində Azərbaycan Mərkəzi Bankı, eyni zamanda Suriyanın rəsmi qurumlarının hər iki ölkənin banknot çapı ilə məşğul olan “OeBS” şirkəti arasında rüşvət sövdələşməsinə dair qaldırılan iddia əsasında aparılırdı. Ötən ilin əvvəlindən başlanan məhkəmə prosesində prokurorluq 9 nəfəri “cinayət sövdələşməsində” ittiham edib. 83 səhifədən ibarət olan ittihamnamə 18  ay aparılan təhqiqat nəticəsində hazırlanıb və 2005-2011-ci illər ərzində Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov və Suriya Mərkəzi Bankın rəhbəri Adib Mayale ilə “OeBS” şirkəti rəsmiləri arasında pul çapı üçün verilən rüşvət olayının üstünü açır. Avstriya hakimiyyəti faktlar aşkar edilən kimi 4 nəfəri anında həbs edir, 5 nəfər isə istintaqa cəlb olunur. Həbs olunan şəxslərin etirafına görə banknot çapının “OeBS” şirkətinə verilməsi müqabilində sonra geri qaytarılması şərti ilə Azərbaycan tərəfi ümumi məbləğə 20%, Suriya tərəfi isə 14% əlavə olunmasını istəyib. Pulun ödənməsi şirkətin vəkillərinin vasitəçiliyi ilə Panama şirkəti olan ”

Venkoy

” tərəfindən həyata keçirilib. Bundan əvvəl Elman Rüstömovla bağlı geniş

araşdırmada

həmin şirkətin sənədləri oxuculara təqdim edilmişdi. Venkoy Panamada yaşlı bir qadın olan Rudolf Erikanın adına qeydiyyatdan keçirilmiş proxy şirkətdir. Hər iki dövlətə sifarişin alınması üçün rüşvət verilməsi fikri Avstriya Bankı İdarə Heyətində müzakirə edilib, İH üzvləri tərəfindən bəyənilib, rüşvət sövdələşməsi sənədlərdə “komissiya” kimi göstərilib.


7 nəfər cəza alıb

Prosesin gedişində Venada keçirilən cinayət məhkəməsində Avstriyada dövlət banknotların çapı ilə məşğul olan “OeBS” firmasının 2 keçmiş icraçı direktoru günahlarını etiraf ediblər. Maykl Volfa və İohan Millerə oğurluq, rüşvətxorluq, pul yuyulması ittihamı ilə 2 il şərti cəza veriblər. Daha 5 nəfər isə proses nəticəsində günahları isbat olunaraq cəza alıblar. Keçmiş baş direktor Kurt Meyer və “OeBS”-in əsas mencerinin cəzasına 30 ay, o cümlədən onun 20 ayı şərti cəza kimi çəkilməsi şərtilə əlavə edilib. Bundan əlavə, şirkətin 2 hüquqşünası da müxtəlif müddətlərdə cəza alıblar. Volf və Miller hərəsi 800 min avro dəyərində, Meyer isə 80 min avro dəyərində cərimə olunublar.

Əsas adı hallanan şəxslərdən olan “OeBS”-in keçmiş sədri Volfqanq Duxatçek bəraət alıb.  Hakim öz qətnaməsində qeyd edib ki, andlılar məhkəməsi günahkarlar etiraf edənə qədər də detallara şübhə etmirmiş. Amma bundan sonra əsas məsələ mərkəzi banklarının rüşvət məsələsinə görə Azərbaycan və Suriya tərəfinin üzərinə düşür.

“Nəzərə alsaq ki, mövcud sövdələşmədə milyonlar ortadan yox olub, o zaman aydın olur ki, Azərbaycanın və Suriyanın mərkəzi bankları öz hökümətlərini, öz rejimlərini aldadıblar. ”

Hakim vəkillərin qaldırdığı vəsatətləri təmin edərək bildirib ki, bizi Azərbaycan və Suriyanın öz ölkələrini aldatması deyil, bizim ölkəni öz əməllərinə alət etməsi narahat edir.


Sorğuya çağrılan 2 nazir

Eyni zamanda qaldırılan vəsatətlər arasında Azərbaycan rəsmilərinin də sorğuya çağrılması məsələsi olub. Hakim bu vəsatəti də təmin edib, Azərbaycan Daxili İşlər naziri Ramil Usubova, Milli Təhlükəsizlik naziri Eldar Mahmudova və Mərkəzi Bankın sədri Elman Rüstəmova ifadə vermələri üçün rəsmi dəvət göndərilib. Amma proses davam edən müddətdə Azərbaycan tərəfi məhkəməyə gəlməyib. Hakim bildirib ki, Azərbaycana nəinki şəxslərin ifadəsi üçün gedən sorğular, hətta iş üzrə zəruri olan bir çox sorğular “qumda itib”. Onlara cavab verən yoxdur.


Məsələ yenidən gündəmdə

Azərbaycanın 19 ildir bir nömrəli bankiri statusunu daşıyan Elman Rüstəmovun adı hallandığı qalmaqal yenidən gündəmə gəlib. Volker Sackmann adlı dövlət ittihamçısı bildirib ki, bu günlərdə bu məsələ ilə bağlı daha yuxarı məhkəmə instansiyalarına müraciət edəcək. Və prosesə Azərbaycan rəsmilərinin cəlb olunmasına nail olacaq. Eyni zamanda bu qalmaqal üzündən təqaüdə göndərilən Avstriya Mərkəzi Bankı “OeBS”-in keçmiş sədri Volfqanq Duxatçek də adı çəkilən qurumu məhkəməyə verib, aldığı əmək haqqının 80%-i həcmində təqaüd istəyib. Qurum isə onun sədrliyi dövrünə belə bir qalmaqalın baş verməsini səbəb kimi göstərərək tələbi rədd edir. Bu iki məhkəmə prosesi başlayandan sonra belə görünür ki, Azərbaycan rəsmilərinin və təbii ki, dövlətinin adı yenə də Avstriya qəzetlərinin manşetlərini “bəzəməyə” davam edəcək.

Ana səhifəXəbərlərMərkəzi bankın rəhbəri və 2 nazir məhkəməyə çağrılıb