“Mən cənab prezidentə səslənirəm. Dövlət Təhlükəsizlik Xidməti, Korrupsiya İdarəsi haradadır? 200 milyona yaxın pul yeyilib. Nəyi gözləyirlər? 1000 manat rüşvət alanı götürüb “asırlar” ki, siz cinayət törətmisiniz. 200 milyon pul yeyilib burada, niyə cavab verən yoxdur?”
Müflis elan olunan bankların əmanətçiləri Mərkəzi Bankın qarşısında etiraz aksiyası keçiriblər. “NBC Bank”, “Əmrahbank”, “Atabank” ASC-nin bir sıra əmanətçiləri pullarını geri ala bilmirlər. Onlar banka əmanət qoyduğu vaxt artıq Mərkəzi Bank “NBC Bank”a əmanət qəbul etməyi qadağan edibmiş. Əmanətçilər bildirir ki, azı 100 nəfər banka məhz bu tarixdən sonra əmanət yatırıb
Şikayətçilərin qarşısına çıxan Mərkəzi Bankın sədr müavini Alim Quliyev problemin 10 günə həll olunacağını dedi. Onun çıxışından sonra polislər aksiya iştirakçılarını bankın qarşısından uzaqlaşdırdılar.
Qanunvericiliyə görə bu halda banklar əmanəti sığortalanmış şəxslərin vəsaitlərini üç ay ərzində tam konpensasiya etməlidir. Bu müddət xüsusi hallarda 6 ayadək uzadıla bilər.