Mərkəzi Bankın bəyanatlarına baxmayaraq, dollar bahalaşır

Avronun rəsmi məzənnəsi 1,6913 manat müəyyən edilib, lakin valyutadəyişmə məntəqələrinin işçiləri 1,82 manatdan aşağı satmırlar

Source:


Avronun rəsmi məzənnəsi 1,6913 manat müəyyən edilib, lakin valyutadəyişmə məntəqələrinin işçiləri 1,82 manatdan aşağı satmırlar

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta mübadiləsinə dair qəbul etdiyi qaydalara dəyişikliklər bu gündən qüvvəyə minib. Bundan sonra 500 dollardan çox valyutanın alışı və ya satışı zamanı şəxsiyyət vəsiqəsini təqdim etmək lazım gələcək.

Nəzərdə tutulur ki, bi gün ərzində mübadilə məntəqələri yalnız satış və alış üzrə əməliyyatlar keçirə bilməzlər (məntəqədə xarici valyuta və ya manatla vəsaitin bitdiyi hallar istisna olmaqla).

Mübadilə məzənnələrinə gəlincə, banklar onları özləri müstəqil müəyyən edə bilərlər.

“Banklar məzənnəni əməliyyat günü ərzində dəyişə bilər. Əgər AMB satış və alış məzənnəsi arasında fərq həddi müəyyən edirsə banklar valyuta mübadiləsi zamanı bu fərqə əməl etməlidirlər”, – AMB-nin qaydalarında bildirilir.

Lakin AMB manatın dollara nisbətdə rəsmi məzənnəsini  dəyişməsə də, yanvarın 7-də ($1 = 1,5626)  valyutadəyişmə məntəqələri dolları 1,62 manata alır, 1,72 manata satırlar.

Yeni il günlərində də dollar həmin məzənnə ilə satılıb.

Bayramlardan sonra dolları 1,66 və ya 1,65 manata almaq olar.

Lakin yanvarın 6-dan bazarda yenidən valyuta qıtlığı yaranıb ki, bu da hazırda davam edir.

Görünür, neftin qiymətinin növbəti dəfə enməsi barədə məlumat manata təsir göstərir və banklar valyutanı saxlamaq qərarına gəliblər.

Avronun rəsmi məzənnəsi 1,6913 manat müəyyən edilib, lakin valyutadəyişmə məntəqələrinin işçiləri 1,82 manatdan aşağı satmırlar.



Turan İ.A

Ana səhifəXəbərlərMərkəzi Bankın bəyanatlarına baxmayaraq, dollar bahalaşır