Mərkəzi Bankdan sensassiyalı etiraf: Azərbaycan manatı psixoloji təsirlərə məruz qalıb

“Mərkəzi Bank valyuta bazarında intervensiya əməliyyatını eyni səviyyədə davam etdirərsə, bu halda onun valyuta ehtiyatları qısa müddət ərzində “əriyə”cək”

Source:


“Mərkəzi Bank valyuta bazarında intervensiya əməliyyatını eyni səviyyədə davam etdirərsə, bu halda onun valyuta ehtiyatları qısa müddət ərzində “əriyə”cək”

Mərkəzi Bankın açıqlamasında bu barədə bildirilir (http://www.cbar.az/releases/2015/01/13/fx-reserves-used-for-stability-as-prescribed/). Məlumata görə, ötən ilin dekabr ayında qonşu ölkələrdə, xüsusilə Rusiya Federasiyasında valyuta bazarında baş verən böhran nəticəsində rublun kəskin ucuzlaşması, o cümlədən digər qonşu olkələrdə milli valyutaların məzənnəsinin əhəmiyyətli düşməsi Azərbaycanın valyuta bazarına psixoloji təsir göstərib. Nəticədə 2014-cü ilin dekabr ayının ortalarında ABŞ dollarına tələbat yaranmış və bazarda yaranan yeni durumu tənzimləmək üçün Mərkəzi Bank bazara 1 milyard 127 milyon ABŞ dolları məbləğində satış yönlü müdaxilə etmişdir.

Bu barədə öz Facebook səhifəsində şərh yazan iqtisadçı Qubad İbadoğlu bildirib ki, valyuta bazarında vəziyyəti tarazlıqda saxlamaq və manatın məzənnəsinin sabitliyini qorumaq üçün Mərkəzi Bank tərəfindən 1 milyard 127 milyon ABŞ dollarının yönəldilməsi artıq narahatlıq doğurur: “Çünki, ötən ilin son ayında valyuta bazarına müdaxilə məqsədilə Mərkəzi Bankın yönəltdiyi vəsait bütün ehtiyatlarının 8,2 faizinə çatıb. Bu isə o deməkdir ki, əgər Mərkəzi Bank valyuta bazarında intervensiya əməliyyatını eyni səviyyədə davam etdirərsə, bu halda onun valyuta ehtiyatları qısa müddət ərzində “əriyə”cək. Beləliklə, manatın sabitliyi üçün yaranan risklərin idarəolunmasını çətinləşdirə bilər”.

Ana səhifəXəbərlərMərkəzi Bankdan sensassiyalı etiraf: Azərbaycan manatı psixoloji təsirlərə məruz qalıb