Mənbə: Meydan Tv

Mərkəzi Bank növbəti dəfə uçot dərəcəsini azaldıb

İlin sonuna inflyasiya 4 ± 2 faiz səviyyəsində proqnozlaşdırılır

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti sentyabrın 13-də uçot dərəcəsini 8,25 faizdən 8 faizə endirib.

Mərkəzi Bankın qərarı sentyabrın 13-dən qüvvəyə minir. Bu, uçot dərəcəsinin 2019-cu ildə altıncı dəfə endirilməsidir. İl ərzində uçot dərəcəsi 9,75 faizdən 8 faizə qədər azaldılıb. 2018-ci ildə uçot dərəcəsi dörd dəfə 15 faizdən 9,75 faizə endirilib.

Hesabatda qeyd olunur ki, faktiki inflyasiya hədəf diapozonunun ortasından aşağıdadır. Qısamüddətli inflyasiya gözləntilərinin dinamikasında əhəmiyyətli dəyişikliklər müşahidə olunmur.

“Yenilənmiş proqnoza görə, 2019-cu ilin sonuna qədər 4 ± 2 faiz səviyyəsində gözlənilir”, - Mərkəzi Bankın açıqlamasında belə deyilir.

Bildirilir ki, risklər balansının təhlili xarici amillərin daxili amillərə nisbətən ortamüddətli perspektivdə inflyasiya üçün daha böyük təhdid potensialı daşıdığını göstərir:

“Xarici amillərə başlıca olaraq qlobal ticarət və valyuta sferalarında olan gərginliklər, qlobal artım perspektivlərinin pisləşdiyi şəraitdə dünya əmtəə bazarlarında dəyişkənliyin artması aiddir”.

Məlumatda deyilir ki, Mərkəzi Bank bu risklərin monitorinqini davam etdirəcək və inflyasiyanı hədəfdə saxlamaq üçün sərəncamındakı alətlərdən adekvat istifadə edəcək. Faiz dəhlizinə dair növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfə uyğunluğu, daxili və xarici risklərin reallaşmasının inflyasiyaya təsirindən asılı olaraq veriləcək. Mərkəzi Bankın İdarə Heyəti Uçot dərəcəsi üzrə növbəti qərarı 2019-ci il oktyabr ayının 25-də qəbul edəcək.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/e718f5

Ən çox baxılan