Bundan sonra Mərkəzi Bank Əmanətlərin Sığortalanması Fonduna (ADİF) dövlət zəmanəti ilə təmin olunmuş kredit verəcək
Milli Məclis “Azərbaycan Mərkəzi Bankı haqqında” qanuna və və “Dövlət borcu haqqında” qanuna dəyişiklik edib.
“Report”-un məlumatına görə, “Mərkəzi Bank haqqında” qanuna edilmiş dəyişikliyə əsasən, bundan sonra “Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq Azərbaycan Mərkəzi Bankı Əmanətlərin Sığortalanması Fonduna (ADİF) dövlət zəmanəti ilə təmin olunmuş kredit verəcək. Bu məqsədlə AMB haqqında qanuna bənd əlavə edilib.
Bununla əlaqədar “Dövlət borcu haqqında” qanun da bir bənd əlavə olunub.
ADİF-in borc alması və bunun dövlət zəmanəti ilə təmin olunması qaydası “Əmanətlərin sığortalanmsı haqqında” qanunla tənzimlənir.