Hərracda iştirak edən 10 bank tərəfindən məcmu tələb 33,6 mln. dollar təşkil etdiyindən, sifarişlər 100 faiz təmin olunub
Bu gün Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib.
Mərkəzi Bankdan “APA-Economics”ə verilən məlumata görə, tənzimləyici tərəfindən 200 mln. ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb. Hərracda iştirak edən 10 bank tərəfindən məcmu tələb 33,6 mln. dollar təşkil etdiyindən, sifarişlər 100 faiz təmin olunub.