Mərkəzi Bank bəyanat verdi: dollar bahalaşdı

1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edildi

Source:


1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edildi

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə 21 fevral tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib

Mərkəzi Bankın açıqlamasında bildirilir ki, qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilib.

“Manatın məzənnəsinin korreksiyası həmçinin xarici ticarət tərəfdaşımız olan əksər ölkələrin milli valyutalarının son dövrlərdə əhəmiyyətli ucuzlaşmasının milli iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsirlərini neytrallaşdırmağa yönəlib. Mərkəzi Bank müəyyən edilmiş dəhliz çərçivəsində valyuta bazarında iştirakını davam etdirəcək”, – deyə bəyanatda qeyd olunur.

Ana səhifəXəbərlərMərkəzi Bank bəyanat verdi: dollar bahalaşdı