Merkel: Belarus hökuməti etirazçılara qarşı güc tətbiq etməkdən çəkinməlidir

Belarusun lideri Aleksandr Lukaşenko keçən həftə nümayişçilərə qarşı zorakılıqdan sonra Avropa İttifaqının sanksiyaları ilə üzləşib.

Source: Specify Source


Almaniyanın kansleri ilə Rusiya prezidenti Belarusdakı vəziyyəti müzakirə edib

Almaniyanın kansleri Angela Merkel çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putinlə telefonla Belarusdakı vəziyyəti müzakirə edib.

“Reuters” xəbər verir ki, Merkel Putinlə söhbətində Belarus hökumətinin dinc etirazçılara qarşı güc tətbiq etməkdən çəkinməli olduğunu açıq şəkildə bildirib.

“Kansler Belarus hökumətinin dinc nümayişçilərə qarşı zorakılıqdan çəkinməli, siyasi məhbusları dərhal azad etməli və böhrandan çıxmaq üçün müxalifət və cəmiyyətlə milli dialoqa başlamalı olduğunu vurğulayıb”,- sözcü Ştefen Zaybert (Steffen Seibert) deyib.

Belarusun lideri Aleksandr Lukaşenko keçən həftə nümayişçilərə qarşı zorakılıqdan sonra Avropa İttifaqının sanksiyaları ilə üzləşib. MSK-nın rəsmi nəticələrinə görə, o, səslərin 80% -dən çoxunu toplayaraq prezident postuna yenidən sahib olub.

Ana səhifəDünyaMerkel: Belarus hökuməti etirazçılara qarşı güc tətbiq etməkdən çəkinməlidir