Merkel almanları nizam-intizama hörmət etməyə çağırıb

“Biz pandemiyanın son mərhələsində deyil, hələ də başlanğıcında yaşayırıq”.

Source:


“Biz nazik buz üzərindəyik, hətta indiyədək ən incə buz üzərindəyik”

Kansler Angela Merkel cümə axşamı almanları hələ başlanğıcda olan koronavirus pandemiyasından keçmək üçün dözümlülük və nizam-intizam göstərməyə çağırıb.

“Reuters” xəbər verir ki, Merkel eyni zamanda Avropa Birliyi büdcəsinin blokun iqtisadi canlanmasının dəstəklənməsində önəmli olduğunu vurğulayıb.

Merkel deyib ki, o, federal və regional hökumətlərin bu həftə bəzi dükanların açılmasına razılıq verməsindən sonra almanların sosial məsafə saxlamamalarından narahatdır.

Almaniya COVİD-19 yoluxmasına görə ABŞ, İspaniya, İtaliya və Fransadan sonra beşinci ən böyük iş yükünə sahibdir. Lakin ölkədə erkən və yayğın testlərdən sonra ölüm halları azalıb.

Almaniyada indiyədək 14,0446 təsdiqlənmiş koronavirus hadisəsi və 5,094 ölüm halı qeydə alınıb.

“Bu rəqəmlər ümid doğurduğuna görə müvəqqəti nəticənin kövrək olduğunu söyləmək məcburiyyətində olduğumu düşünürəm. Biz nazik buz üzərindəyik, hətta indiyədək ən incə buz üzərindəyik”,- Merkel parlamentin aşağı palatası olan Bundestaqa danşarkən deyib.

“Biz pandemiyanın son mərhələsində deyil, hələ də başlanğıcında yaşayırıq”.

Almaniyada tədricən məhdudiyyətlərin yüngülləşdirilməsinə baxmayaraq, sosial məsafə qaydaları mayın 3-dək qüvvədədir. Məktəblər mayın 4-dən etibarən açılacaq. Bərbərlər də bu ərəfədə yenidən işə başlayacaq.

Merkel və əyalət liderləri 3 maydan sonra işə necə davam edəcəklərini müzakirə etmək üçün aprelin 30-da yenidən görüşəcəklər.

Berlinin Şarite (Charite) xəstəxanasının ən üst viroloqu Kristian (Christian) Drosten çərşənbə günü deyib ki, geniş yayılmış müayinələr və testlər Almaniyanı böhranın ilk mərhələsində qoruya bilib. Lakin təcridin yumşalmasıyla əlaqədar o deyib: “Əldə etdiyimiz bu üstünlüyümüzü itirmək ərəfəsində olduğumuzu görməkdən təəssüflənirəm”.

Dükanları 800 kvadratmetrədək olan pərakəndə satış yerlərinə, avtomobil və velosiped satıcılarına, kitab mağazalarına açılmağa icazə verilib. Lakin onlar sosial uzaqlaşma və gigiyena qaydalarına ciddi riayət etməlidirlər.

Merkel almanları qaydalara hörmət etməyə çağırıb.

“Pandemiyanın başında mümkün dözüm və intizamı göstərsək, biz iqtisadi, sosial və ictimai həyata daha sürətli və davamlı şəkildə dönə biləcəyik”,- o deyib.

Ana səhifəDünyaMerkel almanları nizam-intizama hörmət etməyə çağırıb