Milli Məclisin 28 oktyabr plenar iclasında Azərbaycanın Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunaraq təsdiqlənib.
“Report”un verdiyi xəbərə görə, Vergi Məcəlləsində dəyişiklik idman mərc oyunlarından əldə olunan uduşların vergidən azad olunmasını nəzərdə tutur.
Hazırda idman mərc oyunlarından əldə edilən uduşdan 10 faiz dərəcəsi ilə vergi tutulur.