“Merac Holdinq” şirkətinin sahibi həbs olundu

Səbuhi Əliyev dələduzluq və vəzifə səlahiyyətindən sui-istifadə maddələri ilə ittiham olunur

Source:

Səbuhi Əliyev dələduzluq və vəzifə səlahiyyətindən sui-istifadə maddələri ilə ittiham olunur

“Bakıenerjitikinti” Açıq Səhmdar Cəmiyyətindən Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə daxil olan şikayət əsasında “Merac Holdinq” şirkətinin İdarə Heyətinin sədri Səbuhi Əliyev həbs edilib.

Baş prokurorluğun mətbuat xidməti bildirib ki, o, qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə özgə əmlakını ələ keçirmək istəyib.

S.Əliyev Zaqatala-Balakən zonasında baş vermiş zəlzələ zamanı zərərçəkənlər üçün  204 evin tikintisində subpodratçı kimi işləməkdən ötrü  “Bakıenerjitikinti”nin nümayəndəsindən 20 min manat alarkən həbs edilib.

Fakt üzrə dələduzluq və vəzifə səlahiyyətindən sui-istifadə maddələri ilə cinayət işi qaldırılıb.

Lakin Baş Prokurorluğun məlumatından “Merac Holding”in zələzələdən zərərçəkənlər üçün ev tikintisinə nə aidiyyatının olması və podratçı “Bakıenerjitikinti”nin rolunun nədən ibarət olması aydın olmur (Turan İA).

Ana səhifəXəbərlər“Merac Holdinq” şirkətinin sahibi həbs olundu