Mənzilsiz qalan sakinlər aksiya keçirdilər (VİDEO)

9 il əvvəl Yeni Yasamal MTK-dan mənzil alan vətəndaşlar iyulun 12-də həmin binanın qarşısında toplaşıblar. Bu illər ərzində kirayələrdə yaşayan sakinlər mənzillərinə köçəcəkləri günü gözləyirlər.

Mənzilinə köçə bilməyən şikayətçi prezidentlə görüşmək istədiyini bildirir.

“Ölkə prezidentinə müraciət edirəm. Məni qəbul etməyini tələb edirəm. Mən Azərbaycan Respublikasının vətəndaşıyam. Özüm də veteranam, zabitəm. Belə yaşamaq olmaz. Ya rədd eləsin çıxaq gedək, ya da məni qəbul eləsin. Sonra məni assın.”

Sakinlər bu günə kimi binanın təhvil verilməməsini bəzi mənzillərin iki nəfərə satılması ilə əlaqələndirirlər.Şikayətçilər məsələ ilə bağlı Baş prokurorluğa müraciət etsələr də, qurumdan onlara hadisədə cinayət tərkibinin olmadığını bildiriblər.

 “Mən keçən ilin aprel ayında mənzil almışam. Amma hələ də köçə bilmirəm. Günü-günə satırlar.Yiyəsi də tapılmır ki, şikayət edək, dərdimizi deyək.”-deyə mənzil sahibi bildirir.

Yeni Yasamal MTK-nın rəhbəri Cahangir Alışovun vəkili Habil Fətəliyev 15-20 ədəd mübahisəli mənzilin olduğunu bildirib.

“Bəzi mənzillər məhkəmə mübahisəsindədir. Məhkəmə çəkişməsi bitənə qədər o məsələlər öz həllinin tapacaq”.

 Yeni Yasamal MTK-nın rəhbəri Cahangir Alışov Meydan TV-yə bildirib ki, sakinlər ilin sonuna kimi mənzillərinə köçəcəklər.

 “9 il köçməmək söhbəti ola bilməz. 2007-ci ilə sənəd alınıb, 2008-ci ildə bina tikilməyə başlanılıb.Tikinti təşkilatı ilə müqavilə bağlamışdıq. Onun artıq satdığı mənzillərə məhkəmə təəfindən həbs qoyulduğu üçün onlar ikili sənəd ola bilməz”.

Şikayətçilər məsələ ilə bağlı bir neçə dəfə burada toplaşıblar. Şirkət sahibi Cahangir Alışov sonuncu dəfə mayın 31-də şikayətçilərə binanın xırda işləri qaldığını, qısa zamanda təhvil veriləcəyini deyib.

Ana səhifəVideoMənzilsiz qalan sakinlər aksiya keçirdilər (VİDEO)