“Mənzilinə köçə bilməyib şəhid olanlar var” – AAAF Parkdan şikayət

AAAF park Yaşayış Kompleksindən mənzil alıb, evsiz qalanlar Abşeron rayon İcra Hakimiyyətinə şikayətə gəlib. 22 bina, 2200-ə yaxın mənzil 8 ilə yaxındır təhvil verilmir. 

Şikayətə gələnləri qəbul edən Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev payçılarla şirkətin sahibi Tofiq Heydərov arasında görüş təşkil edəcəyini vəd edib.

Vergilər Nazirliyinin məlumatına görə, şirkətin 28 milyon manata yaxın borcu var. Sakinlər deyir ki, AAAF Park vergi borcuna görə binaları tikə bilmədiyini iddia edir. 

AAAF Park Yaşayış Kompleksindən şikayətlə bağlı cavab ala bilmədik. Rəsmi saytlarındakı əlaqə nömrəsi mövcud deyil.

Ana səhifəVideo“Mənzilinə köçə bilməyib şəhid olanlar var” – AAAF Parkdan şikayət