Ana və övladı xəstəxanaya yerləşdirilib
Bakıının Nizami rayonunda yerləşən çoxmənzilli binaların birində partlayış olub. Hadisə E.Süleymanov küçəsində qeydə alınıb.
“Report”un məlumatına görə, mənzillərdən birində qaz balonu partlayıb. Nəticədə ana və övladı xəsarət alıb.
İlkin məlumata görə, yaralılar xəstəxanaya yerləşdirilib.
Nizami Rayon Prokurorluğundan faktı təsdiqləyiblər.
Faktla bağlı hazırda araşdırma aparılır.