Bu il dövlət komissiyası özəl şirkətlərin tikdiyi bir yüksək mərtəbəli binanı belə qəbul etməyib
İlin əvvəlindən Azərbaycanda 6 142 mənzil istifadəyə verilib. Bu, 2013-cü ilin eyni dövründəkindən 22 faiz azdır.
Bu il mənzil tikintisi həcmi 824,6 min m
2
olub. Mənzil tikintisi sahəsi 10 faiz azalıb, deyə Dövlət Statistika Komitəsindən “Turan İA”-a bildiriblər. Dövlət vəsaiti ilə 44,1 6 min m
2
mənzil tikilib. Ötən il dövlət 174,9 6 min m
2
mənzil tikib. Bunlar əsasən məcburi köçkünlər və Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulan evlərdir.
Fərdi tikinti tempi isə azalmır. İlin I yarısında əhali 780,5 min m
2
mənzil tikib. Bu, 2013-cü ilin eyni dövründəkindən 6,4 faiz çoxdur.
Maraqlıdır ki, bu il dövlət komissiyası özəl şirkətlərin tikdiyi bir yüksək mərtəbəli binanı belə qəbul etməyib.
İlin I yarısında mənzil tikintisinə investisiyalar 457,8 mln manat olub. Maliyyələşmə 0,9 faiz azalıb.