“Mənzil bazarında ilin sonu üçün 20 faiz bahalanma proqnozlaşdırılır”

Bina tikənlər artıq köhnə məhəllələrə yox, qəzalı və ya yenidənqurma ehtiyacı olan obyektlərə diqqət yetirir

Source:


Bina tikənlər artıq köhnə məhəllələrə yox, qəzalı və ya yenidənqurma ehtiyacı olan obyektlərə diqqət yetirir

Aprel ayında Bakıda və regionlarda ilkin bazarda evlərin qiymət artımı dayanıb. Xırdalan və Lökbatan qəsəbəsində makler mühitində canlanma var. Regionlarda durğunluq isə maliyyə azlığı və bankların rayon sakinlərinə həvəssiz kredit verməsi ilə bağlıdır.

“Turan İA”-nin yaydığı məlumata əsasən, 1 may üçün orta qiymət yeni evlərin yerindən asılı olaraq dəyişir.

Son üç ildə (Füzuli, D.Əliyeva, Ş.Bədəlbəyli və M.Əliyev küçələrində kütləvi söküntü ilə bağlı) ən çox tələbat olan paytaxtın ətrafındakı təmirsiz evlərədir – burda qiymət 650 manatdır ($830). 1 otaqlılar 60-85, 2 otaqlılar 85-105 kv metr civarındadır.

İlin əvvəli ilə müqayisədə qiymətlər 10 faiz ötən ilin eyni dövrü ilə müqayisədə 14,7 faiz bahalanıb. Rieltor və maklerlər bildirir ki, şəhərin mərkəzində aktivlik azalıb. Evlər sökülməyə başlayandan sonra (Bakı ŞİH-in məlumatına görə, 2 ayda 700 ailə köçüb) “Sovetski” sakinləri Xırdalan və Lökbatana meyl edir.

Bu, iki dəfə qiymət fərqi və şaxələnən nəqliyyat infrastrukturu ilə bağlıdır – bu məntəqələrdən gələn avtobusların son dayanacağı 20 Yanvar və 28 May metro stansiyalarıdır. Paytaxtda durğunluğun bir səbəbi də ipoteka şərtləridir – banklar min manat maaş barədə arayış tələb edir. Maksimal kredit həcmi isə 50 min manatdır.

Şəhərin mərkəzində elit evlər (1 m2 3-40 min manat) seqmenti aktual olmayıb. Analitiklərin fikrincə, ilin sonuna kimi bu evlərə tələbat olmayacaq. Çünki hazır evlər yoxdur. Onları adətən, tikinti başlayanda alırlar (onları Pasha Construction LLC kimi “toxunulmaz” şirkətlər tikir).

Orta gəlirli, ayda 1,5 min manat gəliri olanlar sovet dövründə olduğu kimi, daimi kommunal xidmətli 3 otaqlı mənzillərə üstünlük verir. Orta təmirli belə evlərin (105-140 m2) 1 m2-i 850 manatdır. Əhalinin bu kateqoriyası FHN-in qəbul etdiyi, qəbul aktı, sənədi, ünvanı olan evlərə üstünlük verir.

Paytaxtın ən cəlbedici rayonları martda Xətai, Nəsimi və Sabunçu oub. Əvvəllər Yasamal lider idi, evlər sökülməyə başlayandan sonra vəziyyət dəyişdi. Apreldə təklif edilən evlər 395 olub, tikinti şirkətlərinin sayı ilin əvvəlindəki 122-dən 115-ə düşüb.

Ekspert Novruz Zeynalov “Turan İA”-a bildirib ki, ilin sonu üçün 20 faiz bahalanma proqnozlaşdırılır. Həmin vaxt Yasamal rayonunda (Hüseyn Cavid prospektində) bir neçə elit ev hazır olacaq. Onun sözlərinə görə, orta qiymət az dəyişəcək: “Daha yüksək qiymət artımı keyfiyyətli təklifin məhdudluğu və ya o rayonda belə obyektlərin olmaması təqdirində mümkündür. Həmçinin tikintilərin coğrafiyasının şəhərdən kənara çıxarılması gözlənilir”.

Novruz Zeynalov daha bir maraqlı məqama toxunub, o, deyib ki,  paytaxtda yeni tendensiya yaranıb – bina tikənlər artıq köhnə məhəllələrə yox, qəzalı və ya yenidənqurma ehtiyacı olan obyektlərə diqqət yetirirlər. Sənaye əraziləri və texnoparkların istifadə edilməsi tendensiyası məntiqi davamını tapmalıdır – bina tikənlər bu əraziləri mənimsəməkdə maraqlıdırlar. Onlar kommersiya sahələrinin artırılması və profil mütəxəssislərinin ailələri ilə birgə köçürülməsi üçün perspektivlidir. Bu isə 5-10 illik perspektivin söhbətidir.

Ana səhifəXəbərlər“Mənzil bazarında ilin sonu üçün 20 faiz bahalanma proqnozlaşdırılır”