Məntəqə sədri: “Baxır hansı “onbaşı” yaxşı işləyib” (VİDEO)

İnşaatçılar ərazində yerləşən 19 saylı seçki dairəsinin məntəqə sədri Babək Xubyarov bələdiyyə seçkiləri zamanı seçici passivliyinin səbəbini “onbaşı”ların yaxşı işləməməsində görür. Məntəqədə bülletenlər sədrin otağında saxlanılır. Bunu “məntəqə işçilərinin qarşısındakı masaların üzərində bülletenlər sürüşür” deyə izah edir.

Səs sayımı zamanı müşahidəçilərin stulları elə düzülüb ki, onlar blanklarda hansısa xətanın olduğunu gözlərini qıysalar da görə bilməzlər. Amma məntəqə sədri deyir ki, “ seçki müşahidəçilərini mənim qədər yaxına buraxan adam tapmazsınız”.

Ana səhifəVideoMəntəqə sədri: “Baxır hansı “onbaşı” yaxşı işləyib” (VİDEO)